İpoteka kreditləri üzrə 2 minə yaxın müraciət daxil olub
Yusif Nəzərli
13:55 07.02.2025
İqtisadiyyat
636
Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral 2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral 2025-ci il saat 10:00-dan başlanılıb.
Fonddan “APA-Economics”ə bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşmışdır.
Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.
Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə