
Sərnişin təyyarədə pəncərəni sındırdı
Yusif Nəzərli
22:34 08.02.2025
Hadisə
493
Onu sakitləşdirmək üçün əl-qolunu, ayaqlarını ayaqqabı bağı ilə sarıyıblar
Sərnişin təyyarəsində gözlənilməz hal yaşanıb. Denverdən Hyustona uçan "Frontier Airlines" təyyarəsində bir sərnişin aqressiv davranışlar sərgiləyərək qarşısındakı oturacağı bir neçə dəfə yumruqlayıb. Sonra ayağı ilə pəncərəni sındırıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, təyyarədəki digər sərnişinlər onu zərərsizləşdirməyə çalışıb. Və onun əl-qolunu, ayaqlarını ayaqqabı bağı ilə sarıyıblar. Hadisə sərnişin təyyarəsinin Hyustona çatmasına 20 dəqiqə qalmış baş verib. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən sərnişin əvvəlcə qarşısındakı oturacağı yumruqlamağa başlayıb. Sakitləşməyən sərnişin daha sonra təyyarənin şüşəsini təpiklə vuraraq içəridəki şüşəni sındırıb. Kişinin yanında və qarşısında əyləşən sərnişinlər mümkün təhlükədən xilas olmaq üçün yerlərindən qalxıblar.

Sərnişin çılğınlaşaraq pəncərəni zədələyərkən təyyarədəki digər sərnişinlər buna müdaxilə edib. Araya girən 6 sərnişin kişini bağlamaq üçün ayaqqabı bağı və plastik qandaldan istifadə edib. Zərərsizləşdirilən hücumçu uçuşun qalan yarım saatı ərzində müvəqqəti olaraq təmkinli vəziyyətdə qalıb. Təyyarə Buş Beynəlxalq Hava Limanına endikdən sonra hücum edən şəxs polis tərəfindən nəzarətə götürülüb. Hyuston polisi həmin şəxsin adını və hava hücumunun səbəbini açıqlamayıb. Məlumata görə, "Frontier Airlines" bu şəxsə qarşı hələ ittiham irəli sürməyib, lakin araşdırma aparmaq üçün FTB ilə əlaqə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi