Şair maddi sıxıntılar ucbatından intihara cəhd edib - Cəlil Cavanşir
09:39 24.02.2025
Hadisə
428
“Problem araşdırılmalı, səbəb hər nədirsə keçmiş döyüşçü, şair Həsən Kürə lazımi dəstək göstərilməlidir”
İntihara cəhd etmiş şair Həsən Kürün vəziyyəti açıqlanıb. Sabunçu xəstəxanasının mətbuat xidmətindən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir. H.Kürə qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu qoyulub və zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir. Hadisə Sabunçu rayonuna yerləşən “Sevinc Mall” ticarət mərkəzində baş verib. Gənc şair Həsən Kür özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Həsən Kürün maddi problemlərə görə intihara cəhd etdiyi bildirilir.
İstər şair olsun, istər qeyrisi, gənclər niyə intihar yolunu seçir? Buna səbəb yalnız maddi çətinlikdirmi, yaxud xarakter zəifliyi, hisslərə hakim ola bilməmək, özünü realizə etmək bacarığının yoxluğu?
Həsən Kürün intihar cəhdi barədə fikirlərini “Sherg.az”a bildirən yazıçı, şair, tərcüməçi və ssenarist Cəlil Cavanşir qeyd etdi ki, intihar onun üçün həssas məsələdir və müzakirəsinə qarşıdır:
- Vətən Müharibəsi iştirakçısı, şair Həsən Kür maddi sıxıntılar ucbatından intihara cəhd edib, vəziyyəti ağırdır. Həsəni dərindən tanımıram, amma problemləri, sıxıntıları mənə tanışdır. Bir neçə dəfə feysbukda danışmışıq. Bir ara bir "qht" vardı, müharibədə iştirak edən qaziləri kurasiyasına götürüb, tədbirlərdə şeir oxudur, kitab sərgilərində gəzdirirdilər. Arada almanax da çap etmişdilər. Görəsən müharibə iştirakçısı olan qazilərdən pul qazanan, onların sayəsində dövlətdən qrant alan "qht" sədri Həsənlə sıxıntıları barədə danışıbmı? Ümid edirəm danışıb... Ehtiyac olanda, sərf edəndə şairdən, yazıçıdan, qazidən istifadə edib, sıxıntısı olanda iqnor edənlər saysız-hesabsızdır. Ümumiyyətlə, intihar həssas məsələdir. Bu barədə danışmaq çox çətindir. Problem araşdırılmalı, səbəb hər nədirsə keçmiş döyüşçü, şair Həsən Kürə lazımi dəstək göstərilməlidir.
Aşağıdakı misraları isə hadisədən saatlar öncə yuxuda yazıb, sonra oyanan kimi kağıza köçürmüşəm:
Qıpqırmızı qan laladı
Köpəklər qanın yaladı
Gəlib soruşan olmadı
Görəsən dərdi nə idi?
Damdan atılan adamın...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: bu gün daha 10 oyun baş tutacaq
11:07 29.09.2026
Futbol
Qarabağ Universitetinin müəllimi həbs olundu - Səbəb
10:54 29.09.2026
Hadisə
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya