
Məzhəbçi ehtiras savaşı: Suriyada real bir dövlətin qurulmasına ehtiyac var
09:46 10.03.2025
Dünya
461
Suriyanın Lazkiye və Tartus şəhərlərində keçmiş rejimə sadiq qüvvələrlə yeni müvəqqəti hökumət arasında şiddətli toqquşmalar davam edir. Dəməşq hökuməti bölgəyə əlavə qüvvələr göndərib, Homs, Lazkiye və Tartusda fövqəladə vəziyyət elan edilib.
Müvəqqəti hökumət keçmiş rejimin qalıqlarına qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb. Ölkənin şimalında SDQ və müxalif qruplar arasında qarşıdurmalar gedir. İsrailin Qolan təpələrindən cənuba irəlilədiyi və bəzi Dürzi qruplarını dəstəklədiyi bildirilir.
Türkiyə, Almaniya və Səudiyyə Ərəbistanı vəziyyəti pisləyib, İran isə regional sabitliyin təhlükə altında olduğunu bildirib. Bəşər Əsədin devrilməsindən sonra qurulan müvəqqəti hökumət hələ də sabitliyə nail ola bilməyib. Ölkə müxtəlif qüvvələr arasında bölünüb.
Toqquşmalarda ölənlərin sayı 1000-i keçib. Mütəxəssislər sülh üçün dialoqun vacibliyini vurğulayır.
Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar "Sherg.az"a bildirib ki, son günlər Suriyada baş verənlərə məzhəb fanatizmi, bağlılıq və itaətkarlıq prizmasından yanaşanlar az deyil:

"Lakin keçmişə - İran-İraq müharibəsinə, 2006-cı ildə DAEŞ-in Səmərra şəhərində şiələr üçün müqəddəs sayılan Əskəriyyə Türbəsini hədəf alması ilə başlayan məzhəb savaşına, Suriya vətəndaş müharibəsinə bunların gətirdiyi fəsadlara və nəticələrə nəzər salsaq maraqlı faktlarla qarşılaşarıq. Digər tərəfdən 7 oktyabr hücumu, Qəzza və Fələstin məsələsi, Türkiyənin əlaqələrinə, milli maraqlarına təsirləri, Ərəb Baharı zamanı kimlərin və nələrin alət olması, bunun yaratdığı nəticələr, o cümlədən Avropada yaşanan 100 illik və 30 illik müharibələr və onların doğurduğu fəsadlar heç kimə sirr deyil.
Bütün bu məzhəbçi qəzəb, intiqam hissi, ehtiras, doğma və şəxsi maraqlar uğrunda yönləndirilənlərə müəyyən tövsiyələr etmək lazımdır. Onlar kimlər tərəfindən istifadə olunduğuna, necə manipulyasiya və təxribatlara məruz qaldıqlarına, hansı yollara sürükləndiklərinə, nəticədə hansı qan, ölüm, vəhşət və parçalanma oyununa daxil olduqlarına, bunun İslama, insanlığa, öz ölkələrinin bütövlüyünə, öz varlıqlarına və birliklərinə necə zərər verdiyinə, düşdükləri fitnədən kimlərin qazandığına, kimin oyununa gəldiklərinə diqqət etsinlər. Həmçinin həmin şəxslər proseslərin İsrail, İran və YPG/PKK terror təşkilatına necə sərf etdiyini görməli, istismar edənlərin yalnız bunlarla məhdudlaşmadığını və vəziyyətin necə qlobal və regional talana çevrildiyini anlamalıdırlar".
Ekspert əlavə edib ki, DAEŞ layihəsi vaxtilə YPG/PKK terror təşkilatının yüksəlişinə səbəb olmuşdu:
"Bunun YPG/PKK-nın dövlət qurmaq səylərini gücləndirəcəyindən və Türkiyədə qarışıqlıq yaratmaq üçün istifadə ediləcəyindən narahatam.
Məzhəbçi ehtirasa, qəzəbə, intiqam duyğusuna, vətəndaş müharibəsi travmasına, doğmalara və vəhşətə deyil, DÖVLƏT AĞLINA, sağlam düşüncəyə, inam və etibara, hüquqa, yəni Suriyada (bütün fərqliliklərə etimad və ümid verən) real bir dövlətin qurulmasına ehtiyacımız var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya