
İqtisadçı: İdxaldan asılılıq quru meyvələrin qiymətlərinin bahalaşmasına səbəb ola bilər
10:32 10.03.2025
İqtisadiyyat
472
Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.
Xəzər TV məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir.
Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapon qozu isə 9 manatdan təklif edilir.
Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:
Onlar deyir ki, ləpənin qiyməti baha olsa da, hazırda ona tələbat da çoxdur:
İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda çərəzlərin bir sıra növlərinin tədarük göstəriciləri kifayət qədər yüksəkdir:

“Azərbaycan dünyanın ən çox fındıq ixrac edən 4 ölkəsindən biridir. Ölkəmizdə şabalıd tədarükü də 2023-cü il ilə müqayisədə 2024-cü ildə təxminən 17 faiz artıb. Quru meyvələrin idxalı ilə bağlı statistikada isə fərqli mənzərə var. Azərbaycan əsasən İran və Türkiyədən quru meyvə idxal edən ölkədir və idxal son illərdə kifayət qədər artıb. Məhz idxaldan asılılıq quru meyvələrin qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Lakin fındıq, qoz, şabalıd kimi qəbildən olan və yerli tədarük göstəriciləri ürəkaçan sayılan məhsullar üzrə qiymətlərin bahalaşacağı gözlənilir. Bayram ərəfəsi bahalaşma quru meyvələrlə bağlı ola bilər. Eyni zamanda düyülərin qiymətlərinin də bahalaşacığı gözlənilir. Lakin bu bahalaşma bazarın tələbi ilə təbii bahalaşma kimi qiymətləndirilə bilməz. Çünki faktiki olaraq ölkəyə bayram ərəfəsindən öncə kifayət qədər quru meyvələr idxal edilib. Əgər qiymətlər ciddi şəkildə bahalaşacaqsa, bazardakı inhisarçıların təşəbbüsü ilə baş verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm