Zelenski: Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək
13:45 12.03.2025
Dünya
485
“İndiki məqamda biz sabitliyin əldə edilməsinə, daha sonra isə hərbi vəziyyət rejimi ləğv edildikdən sonra Prezident seçkisinin qanunvericiliyə uyğun keçirilməsinə nail olmalıyıq”.
APA “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O həmçnin ölkəsinin atəşkəsə hazır olduğu barədə dəfələrlə fikirlər səsləndirdiyini xatırladıb:
“İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub-olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq”.
“Rusiya tərəfinin Kursk istiqamətində gərginliyi artırmaq üçün müxtəlif hədə-qorxu vasitələrindən, o cümlədən nüvə təhdidindən istifadə edəcəyini istisna etmirəm”, - Ukrayna Prezidenti vurğulayıb.
Zelenski deyib ki, Kursk ərazisindəki Ukrayna qoşunları verilmiş döyüş tapşırığını yerinə yetirməyə davam edir:
“Rusiya tərəfi bu istiqamətdəki qüvvələrimizə maksimum təzyiq göstərməyə çalışır. Lakin Hərbi Komandanlıq hərbi qulluqçularımızı qorumaq üçün zəruri olan bütün addımları atır. Bir məqam aydın olmalıdır ki, Rusiyanın istənilən diplomatik format öncəsi bu kimi addımlar atması kifayət qədər aydın, xarakterik bir məqamdır. Bizim tərəfdə heç kim Rusiyanın müharibəni bitirmək istədiyi yönündəki bəyanatlarına etibar etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət