
Deputat: Paşinyanın çıxışında qorxaqlıq özünü büruzə verir
10:10 13.03.2025
Siyasət
586
“Reallıq bundan ibarətdir ki, Azərbaycan 30 illik münaqişəyə ədalətli sülhlə son qoymaq istəyir. Rəsmi Bakının konkret tələbləri var və İrəvan onu yerinə yetirmək məcburiyyətindədir. Həmin tələblər yerinə yetirilməyincə sülhdən söhbət gedə bilməz".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
O, qeyd edib ki, ərazi iddiasından geri çəkilməyən və onu öz konstitusiyasında qanuniləşdirməyə çalışan Ermənistan bu yanlışlığı, 35 illik yalanı aradan qaldırmalı, vətəndaşlarına əsl həqiqəti söyləməlidir:

"Petrosyan, Koçaryan və Sarkisyan bütünlüklə yalan və qondarma iddialar üzərindən hakimiyyətə gəlib və onu müəyyən dövr ərzində qoruyub saxlayıblar. Beynəlxalq qanunlar Ermənistanın əlehinə işləsə də bəzi dövlətlərin himayəsi altında cinayət məsuliyyətindən müvəqqəti yayına biliblər. Bu gün Azərbaycan bütün mənalarda və bütün sahələr üzrə güclüdür və beynəlxalq təşkilatlarla, iri dövlətlər qarşısında öz haqlarını qorumaq imkanına sahibdir. Ermənistanın müharibəyə qədərki müqaviməti, iddiası keçərsiz olub. Ermənistanın indiki lideri, baş nazir Paşinyanın Azərbaycanla bağlı dediyi fikirlər, hər addımda Bakını hədəf kimi göstərməsi, ölkəmizin əlehinə etdiyi çıxışlar yalnız daxili auditoriyanı sakitləşdirməyə, özünü təmizə çıxarmağa hesablanıb. Onun çıxışında qorxaqlıq özünü büruzə verir. Azərbaycan haqqında ehtiyatlı danışır, həqiqətlər, reallıqlar qarşısında aciz durumda olduğu hər addımda özünü göstərir. Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Yegişe Kirakosyanın istefasına gəlincə, onu xüsusi olaraq qeyd etməliyəm ki, onun Azərbaycan haqqında söylədikləri fikirlər bütünlüklə yalan, iftira, üstəlik ədalətsiz idi. Yəqin ki, bu yanaşmanı Avropa İnsan Haqları Məhkəməsində təmsil olunan digər ölkələrin nümayəndələri də görməmiş deyildilər. Ora İnsan Haqları Məhkəməsidir, Ermənistan isə bəşəri, insanlıq əlehinə cinayət törətmiş, terrorçu dövlətdir. Bu ölkənin nümayəndəsinin həmin Məhkəmədə təmsilçiliyi belə absurddur. Bəli, Bakı Ermənistan nümayəndəsinin istefasında maraqlı idi".
Aydın Hüseynov əlavə edib ki, Yegişe Kirakosyanın Qarabağda mövcud olmuş separatçıların Bakıda keçirilən məhkəməsi barədə dediyi qərəzli, beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış fikirləri onun istefasını tezləşdirməli idi və belə də oldu:
"Dünyanın heç bir dövləti, beynəlxalq təşkilatlardan heç biri indiki halda məhkəmənin gedişatına təsir etmək gücündə deyillər. Çünki, separatçıların liderləri Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərin müəllifləri, təşkilatçıları və icraediciləridir. Onlar layiq olduqları cəzanı almalıdırlar. Bu prosesdə Azərbaycanın mövqeyinə təsir edə biləcək heç bir qurum, təşkilat, yaxud dövlət yoxdur. Cinayətkarların cəzalandırılmasını beynəlxalq qanunlar da tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı