
Bayden administrasiyası, xüsusilə Blinken Azərbaycana qarşı ikili yanaşma aparırdı -ANALİZ
Yusif Nəzərli
13:14 13.03.2025
Siyasət
619
Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
İlham Əliyev bildirib ki, biz onilliklərlə həmin münasibətləri qururduq.
Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq. Dövlət başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.
Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az”a açıqlamasında deyib ki, demokratların hakimiyyəti dövründə Amerika və Azərbaycan münasibətlərində neqativ elementlər açıq şəkildə müşahidə olunurdu:

“Xüsusilə də həmin dövr Azərbaycanın 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq ərazilərini işğaldan azad etdiyi bir dövrə təsadüf edirdi. Həmin vaxt Azərbaycana qarşı siyasi hücumu ilk təşkil edən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və Konqresi oldu. Konqresdə Azərbaycana qarşı bir sıra qətnamələr qəbul edildi. Demokratlar Ermənistandan özlərinin geosiyasi məqsədlərinin bir aləti kimi istifadə etmək niyyətindəydilər. Eyni zamanda Cənubi Qafqaz regionunda münaqişənin qalmasında maraqlıydılar. Azərbaycan isə bu münaqişə elementlərini ortadan qaldırdı və regionda yeni təhlükəsizlik mühiti formalaşdırdı. Bu isə Amerikada demokratlar tərəfindən həzm olunmadı. Blinken açıq şəkildə ermənipərəst mövqe aparırdı, onun sayəsində ötən ilin aprelində Avropada Ermənistana əlavə təhlükəsizlik tədbirlərinin verilməsi üçün toplantı baş tutmuşdu. Bu görüşdə Nikol Paşinyan, Entoni Blinken və Ursula fon der Leyen iştirak etmişdi. Entoni Blinken və Ursula fon der Leyen Azərbaycana qarşı münasibətdə heç vaxt səmimi olmayıblar”.
Ekspert deyib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan əlahiddə rol oynayıb:
“2021-ci ildə Ursula fon der Leyen Azərbaycana səfər etmişdi və əlavə enerji təchizatıyla bağlı razılaşma əldə olundu. Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionda Azərbaycan kimi etiraflı tərəfdaşa sahib olmaq Amerikanın maraqlarına da cavab verir. Lakin demokratlar hakimiyyəti nədənsə bu məqamı nəzərdən qaçırırdılar. Həqiqətən də İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan böyük fəallıqla 2021-ci ildə Amerikanın beynəlxalq terrorizmə qarşı mübarizəsinə qoşuldu. Azərbaycan qlobal sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində töhfə vermək niyyətindədir. Amerika Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yaxından rol oynamasında maraqlı idi. Lakin Bayden administrasiyası, xüsusilə də Blinken Azərbaycana qarşı ikili yanaşma aparırdı. Blinken sayəsində Amerika və Ermənistan arasında hərbi əməkdaşlıq genişləndi və strateji tərəfdaşlıq razılaşması imzalandı. İki ölkə arasında hərbi təlimlər həyata keçirilirdi. Hesab edirəm ki, Amerikada hakimiyyətə gələn yeni administrasiya ölkəmizlə əməkdaşlığın əhəmiyyətinə varacaqlar. Azərbaycan prezidenti də Donald Trampı müsbət xarakterizə edib. Azərbaycan və Amerika arasında münasibətlərin bundan sonra yüksək məcraya qalxmasının şahidi ola bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı