Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanın mərkəzi hissəsində 5,2 maqitudada zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.