3 ay əvvəl ata oldu! Beyin ölümü keçirən Yavuzun orqanları ümid oldu

 Martın 19-da səhər saatlarında Yenişehir rayonunun Marmaracık məhəlləsi yaxınlığında Yavuz Belikin idarə etdiyi avtomobil qarşısındakı yük maşınına çırpılıb.
Sherg.az xəbər verir ki, qəza zamanı maşında sıxılmış vəziyyətdə qalan Belik qrupların səyləri  nəticəsində çıxarılaraq təcili yardımla Yenişehir dövlət xəstəxanaya aparılıb.

Ağır yaralanan Belik, orada edilən ilk müdaxilənin ardından Bursa Təhsil və Araşdırma xəstəxanasına sövq edilib. Reanimasiyada müalicə olunan Yavuz Belik beyin ölümü keçirib.

Bunun üzərinə Belikin ailəsi onun orqanlarını bağışlamağa qərar verib. Əməliyyat zamanı Yavuz Belikin orqanları çıxarılıb.

Evli və cəmi 3 ay əvvəl ata olan Yavuz Belik ailənin əkiz oğullarından biridir.

Yavuz Belikin dəfn mərasiminin şənbə günü Orhanqazi rayonunda keçiriləcəyi öyrənilib.