Bank kartlarından 16 min manatdan artıq pul oğurlayan şəxs saxlanıldı

Bank kartlarından ümumilikdə 16200 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.