ABŞ-də 5,2 bal gücündə zəlzələ oldu

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, zəlzələ 13,4 kilometr dərinlikdə baş verib.

Meksikada da hiss edilən zəlzələdən sonra mümkün sunami riski ilə bağlı hələlik açıqlama verilməyib.