İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bu gün səhər İranın şimalında yerləşən Qəzvin vilayətində yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qəzvin vilayəti Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəhbəri Hosaməddin Haqşünas yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində təyyarənin 1 kişi (pilot) və 1 qadın (pilot köməkçisi) xəsarət alıb.

Haqşünas deyib ki, yaralıların təyyarədən çıxarılaraq xəstəxanaya helikopterlə çatdırılıb.

Hadisənin baş verməsi səbəbi araşdırılır.