Ağstafada yük maşını aşıb, xəsarət alan var


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan sürücü, Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü P.Fərrux xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.