Bir ailənin 5 üzvü xiyardan zəhərləndi

Gəncə şəhərində bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, onun övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, həmin şəxslər bazardan alınmış xiyardan zəhərləniblər.