İstanbulda şiddətli zəlzələ: Yerliqayadan ilk açıqlama

İstanbulda 3,9 və 6,2 bal gücündə ardıcıl zəlzələlər baş verib.
Axar.az Türkiyə mediasına istiandən xəbər verir ki, ölkənin daxili işlər naziri Əli Yerliqaya təlafat və dağıntının olub-olmaması ilə bağlı araşdırmaların başlandığını qeyd edib.

“Zəlzələ ətraf vilayətlərdə də hiss edilib. AFAD və aidiyyatı qurumlar məsələ ilə bağlı araşdırmalara başlayıb. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirəm. Allah ölkəmizi və millətimizi bəlalardan qorusun”, - nazir əlavə edib.