Kreml: Putin-Tramp-Zelenski görüşü yaxın gələcəkdə mümkün deyil
12:23 03.06.2025
Siyasət
269
Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra Kremlin mövzu ilə bağlı açıqlaması yayılıb.
Sherg.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna ilə bağlı danışıqlarda sürətli irəliləyiş gözləməyin düzgün olmadığını, müharibəni sonlandırmaq üçün razılığa gəlməyin son dərəcə mürəkkəb olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanla planlaşdırılan bir görüşün hələlik olmadığını bildirən Peskova, ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşlə bağlı da sual verilib. Peskov, belə bir görüşün yaxın gələcəkdə mümkün olmadığını söyləyib. Kremlin sözçüsü əlavə edib ki, Ukrayna məsələsində ABŞ ilə təmaslar davam edəcək.
Kreml tərəfindən edilən açıqlamada Tramp ilə Putin arasında gələcəkdə keçirilə biləcək konkret görüşlərlə bağlı hələlik bir razılığın əldə olunmadığı, Putinin müxtəlif yüksək səviyyəli görüşlərə hazır olduğu, lakin bu görüşlərin öncədən yaxşı hazırlanmalı olduğu qeyd edilib. Peskov, Rusiyanın İstanbulda Ukrayna ilə aparılan danışıqlarda əldə olunan razılaşmalara sadiq qalacağını bildirib.
Peskov, Ukraynanın Rusiyadakı bombardman təyyarələrinə dair də açıqlama verib. O, bu barədə Rusiya Prezidenti Putinə baş verənlərlə bağlı dərhal məlumat verildiyini və mövzu ilə bağlı araşdırma başladıldığını bildirib.
Kremlin sözçüsü, Ukrayna məsələsində hər hansı bir güzəştə getməyə hazır olub-olmadıqları ilə bağlı sualı cavablandırmaqdan imtina edib və bu məsələnin qapalı qapılar arxasında müzakirə edilməli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm