
İran-İsrail münaqişəsi bitməyib, yeni toqquşmalar gözlənilir - Politoloq
13:03 11.07.2025
Region
484
Tərəflər arasında növbəti toqquşmanın olub-olmayacağı İran-ABŞ danışıqlarına bağlıdır
Tehrandan hər hansısa təhdid olarsa, İsrail İranı yenidən vuracaq.
Bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"İsrailin uzun qolu İranın onu təhdid edə biləcəyi hər yerə - Tehranda, Təbrizdə, İsfahanda və ona zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Gizlənə biləcəyiniz heç yer yoxdur. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq", - Katz deyib.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, İran və İsrail arasında 13 günlük müharibə bitsə də, problem həllini tapmayıb:

"Tərəflər bir-birlərinə qarşı sərt ritorikadan istifadə edirlər. İsrailin İranı aqressiv və sərt mesajlarla təhdid etməkdə məqsədi odur ki, Tehranı təzyiq altında saxlasın. Həmçinin gələcək danışıqlarda İranın güzəştə getməsinə şərait yaransın. İsrailin İrana kifayət qədər kəşfiyyat imkanlarının olduğu artıq aşkardır. Odur ki, son münaqişə zamanı Tehran bunun uzantılarını kəsməyə cəhd etsə də, nail ola bilmədi. Hətta xeyli Əfqanıstan vətəndaşı da bu çərçivədə ölkədən çıxarılmışdı. Digər tərəfdən iki ölkə arasındakı gərginliyin əsas qaynar fazası bitsə də, münaqişənin sonlandığını demək olmaz. Tərəflər arasında növbəti toqquşmanın olub-olmayacağı İran-ABŞ danışıqlarına bağlıdır. Əgər bu, müsbət şəkildə baş tutarsa, ortaq razılığa gəlinərsə, fərqli mənzərənin şahidi olacağıq. Lakin perspektivdə həmin ehtimal çox aşağıdır. Əks təqdirdə İsrailin yenidən İrana zərbələr endirmək cəhdini görə biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual