Kəlbəcər sakini sirkə turşusundan zəhərləndi

Kəlbəcər rayon sakini, hazırda Gəncə şəhəri Yeni Qəsəbə 2-də yaşayan 1993-cü il təvəllüdlü Mehriban İsmayılova sirkə turşusundan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 32 yaşlı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.