Hacıqabulda avtomobil yandı

Hacıqabul rayonunda avtomobil yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hadisə Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyində baş verib.
“Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.