Alyaskada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

Alyaska yarımadasında 7,2 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Zəlzələdən sonra sahilyanı zona ilə bağlı sunami xəbərdarlığı elan edilib.

Əhaliyə yüksək zonalara təxliyə olmaları tövsiyə olunub.

Dağıntı və ya tələfat barədə informasiya verilmir.