Rusiya Federal Nüvə Mərkəzinin tədqiqat mühəndisi Ruslan Şadıyev məhkəmənin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.
Teleqraf xəbər verir ki, bu il martın 27-də Rusiya Qərb Dairə Hərbi Məhkəməsinin çıxardığı hökm bu gün qanuni qüvvəyə minib.
“Kommersant” qəzeti xəbər verir ki, Şadiyev Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib: “Dövlətə xəyanət” və “Terrorçuluq fəaliyyətinə yardım” .
Şadıyev cəzasının ilk dörd ilini cəzaçəkmə müəssisəsində, daha sonra isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.