4 yaşlı uşaq çirkab suda boğulub
Yusif Nəzərli
06:38 15.04.2023
Hadisə
561
Tələblərə səhlənkar yanaşan tikinti şirkəti məhkəməyə verildi
İstanbulun Sultanbəyli səmtindəki Yavuz Səlim məhəlləsində aparılan inşaat işləri zamanı çirkab suların toplandığı çuxurdan körpə meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, çuxurdan çıxarılan meyit 4 yaşlı Adəm Kavçinə məxsusdur. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, sözügedən ərazidəki inşaat işləri 3 ay əvvəl dayandırılıb. İnşaat işləri zamanı hörülmüş istinad divarının önündə isə böyük çuxur yaranıb. Ətrafda yaşayanlar tikinti şirkətindən çuxurun bağlanmasını tələb etsələr də, onların şikayətinə məhəl qoyulmayıb. Zamanla yağış suları çuxura dolub. Valideynlərinin iddiasına görə, 4 yaşlı Adəm küçədə oynayarkən yağış suyu ilə dolu çuxura düşərək boğulub. Körpənin atası Erhan Kavçin bildirib ki, iftar saatı yaxınlaşdığında küçəyə çıxaraq oğlunu səsləyib, uşaq səs verməyincə, axtarışlara başlanılıb. Nəhayət, Adəmin cansız bədəni su dolu çuxurda tapılıb. Uşağın meyiti tibbi ekspertizaya aparılıb və onun boğularaq öldüyü təsdiqlənib. Kavçin ailəsi tikinti şirkətini insanların həyatına təhlükə yaratdığı üçün məhkəmə verib. Körpənin dayısı da “bu çuxur hələ də qapanmayıb. Bizim ürəyimiz yandı, başqa kimsənin də ürəyi yanmasın. Bu səhlənkarlıq, təhlükəni görməzdən gəlməkdir. Tədbir görülməlidir”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya