5 övladı olan ata elçilikdən sonra özünü öldürdü - TƏFƏRRÜAT
Yusif Nəzərli
10:41 13.12.2021
Hadisə
1236
Dekabrın 10-da Astara rayonunun Marzəsəy kəndinin Bio adlanan hissəsində 1969-cu il təvəllüdlü İ.Teymurovun özünü güllələyərək intihar etməsi hadisəsinin şok təfərrüatları üzə çıxıb.
"Sherg.az" Publika.az-a istinadən xəbər verir ki, 5 övladı olan İ.Teymurov hadisədən bir gün əvvəl ailə üzvləri ilə birlikdə oğlunun istədiyi qızın evinə elçiliyə gedib. Elçilik məclisində qarşı tərəf qızı İ.Teymurovun oğluna verməyə razı olub və "həri” baş tutub.
Bundan sonra İ.Teymurovun Rusiyada yaşayan yaxın qohumu ona zəng edərək onun oğlunun həmin qızla evlənməsinə qarşı olduğunu, bu izdivaca imkan verməyəcəyini, əgər onlar evlənərsə İ.Teymurovla qohumluqdan imtina edəcəyini bildirib.
İ.Teymurov isə oğluna həyətdəki sitrus meyvələrini satmasını və toya hazırlaşmağa başlamasını deyib. Lakin həmin qohum təkidlə onlardan həmin qızı evə gəlin gətirməməyi tələb edib, əks halda onlardan üz döndərəcəyini deyib.
Bundan sonra İ.Teymurov tüfəngini götürərək kəndin yaxınlığındakı meşəyə gedib. Orada qardaşı oğlu ilə rastlaşdığından o, meşədə intihar etmək niyyətini həyata keçirə bilməyib.
Daha sonra yaşadığı evə gələn 52 yaşlı kişi evin zirzəmisinə girərək tüfəngi çənə nahiyəsinə dirəyib və atəş açıb.
O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya