Ağdaşda 8 otaqlı evdə yanğın olub

Ağdaşda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istiandən xəbərinə görə, ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.