"Akula Akif" və "Nardaranlı Həsən"dən silah və narkotik vasitə götürülüb - FOTO
14:05 19.07.2021
Hadisə
615
Hacıqabulda kriminal aləmdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınan şəxslərdən avtomat silah və narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü Akif Ələkbər oğlu Məmmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən A. Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır.
Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə