Arvadını 20 bıçaq zərbəsi ilə öldürən kişi Gömrük Xidmətində çalışırmış - TƏFƏRRÜAT
17:51 07.10.2019
Hadisə
859
Dünən gecə saatlarında Bakıda baş verən qətl hadisəsi müzakirələrə səbəb olub. Qadının 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülməsi sosial şəbəkə istifadəçiləri səbəblər axtarmağa başlayıblar.
Qafqazinfo-nun əməkdaşları bu gün həmin ailənin yaşadığı ünvanı əldə edib və orada olublar.
Biləcəri qəsəbəsində yerləşən 2 mərtəbəli köhnə tikilədə on illərdir yaşayan cütlük qonşuları tərəfindən sakit ailə kimi tanınıb.
Jurnalistləri qarşılayan cavan oğlan qətldə təqsirləndirilən 33 yaşlı Nicat Abdullayevin uşaqlıq dostu olduğunu bildirib. O bildirib ki, ailə bu hadisədən çox sarsılıb və Nicatın şəkər xəstəsi olan anasının vəziyyəti ağırlaşıb. Bu gün bir neçə dəfə onların evinə təcili yardım çağırılıb və qadına tibbi yardım edilib. Bu səbəbdən ailə kənar şəxslərlə ünsiyyətə girmək istəmir və mətbuata hər hansı bir açıqlama vermək niyyətində deyillər.
Məlumata görə, 27 yaşlı xanımı Leyla Abdullayevanı 20 bıçaq zərbəsi ilə öldürdüyü bildirilən Nicat Gömrük Xidmətinin əməkdaşıdır. Cütlüyün bu nikahdan 3 oğlan övladı olub, onlar hazırda azyaşlıdır. Gənc cütlük Nicatın atası Nazirin evində onlarla birgə yaşayıb. Qonşunun bildirdiyinə görə, Nicatın anası da gəlini ilə yaxşı münasibətdə olub və onlar heç vaxt səs-küylü, problemli ailə kimi tanınmayıblar. Bu vaxtda qədər də Nicat və Leyla arasında ayrılıq olmayıb.
Onun dindar, sakit təbiətli olduğu bildirilir. Qonşular Nicatın belə bir hadisə törətdiyinə inana bilmədiklərini deyirlər. Nicatla Leylanın evliliyindən əvvəl də qohum olan qudalar Biləcəri qəsəbəsində “dağlı” kimi tanınırlar. Leylanın ailəsi isə Yasamal rayonunda yaşayır. Hadisə vaxtı da Nicat atası Nazirlə birgə Leylanı öz atasının evinə aparırmış.
Məlumata görə, Nicatın Leylanı öldürməsinə səbəb olan və hələ ki açıqlanmayan hadisə onların evində başlayıb və buna görə də Nicat Leylanı atasıgilə aparmaq qərarına gəlib. Yolda elə maşında mübahisələri böyüyüb və Nicat atası Nazirin yanında bıçaqla Leylanın qıçından bir zərbə vurub. Bu zaman özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçıb. Atası Nicatı tutaraq “dəymə, vurma” deyərək baş verə biləcək daha faciəvi hadisənin qarşısını almağa çalışıb. Lakin Nicat atasını itələyərək onun əlindən çıxıb və əlində bıçaqla Leylanın arxasınca qaçıb. Ona çatanda isə növbəti 19 bıçaq zərbəsini Leylaya vurub və 3 oğul anası olan 27 yaşlı qadın orada dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media