Atasının borclu olduğu şəxsin başında pivə bakalı sındırdı
Yusif Nəzərli
14:08 24.09.2022
Hadisə
539
Səbail rayonunda yerləşən “Nilay” kafesində baş verən davanın səbəbləri bilinib.
“Qaynarinfo” xəbər verir ki, 18 iyun 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-2 ünvanında yerləşən “Nilay” kafesində dava zamanı şəxsi münasibətlər zəminində Əli adlı şəxs tanışı Rafiqi başından şüşə pivə bakalı ilə vurub. Ona sol qaş nahiyəsinin əzilmiş yarası və sol gözaltı nahiyənin sıyrığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatına gəlincə, Rafiq “Nilay” kafesinə daxil olan zaman tanışı Əlinin girişdəki masada əyləşdiyini görüb. Əli onu əyləşdiyi masaya dəvət edib, onlar bir qədər oturduqdan sonra aralarında mübahisə yaranıb. Rafiq Əlidən atası İbrahimin ondan vaxtı ilə almış olduğu ətin pulunu verməsini istəyib. Bu isə Əlinin xoşuna gəlməyib. Bu səbəbdən də əsəbiləşərək Rafiqlə mübahisə edib və masanın üzərində olan şüşə pivə bakalını götürərək onun başına vurub.
O, əvvəlcə Əli ilə şəxsi münasibətlərini nəzərə alaraq, barəsində şikayətçi olmaq istəməyib. Lakin Əlinin gəlib ondan üzrxahlıq etməməsi və yardım göstərməməsi səbəbindən polisə zəng edərək, şikayət edib.
Rafiqin Əlini bağışlamasına baxmayaraq, Səbail Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm