Avropada qarışqa istilası! Tunellər qazır, elektrik və internet xəttini kəsirlər
11:44 11.06.2025
Hadisə
470
Aralıq dənizi bölgəsinə xas olan bir qarışqa növü Avropada koloniyalar qurmağa qərar verib.
Bu növ sürətlə yayılaraq Mərkəzi və Şimali Avropanın bir çox ölkəsini istila edir və onların infrastrukturuna ciddi ziyan vurur.
Sherg.az xəbər verir ki, Tapinoma magnum adlanan bu növ Əlcəzair, Mərakeş, Tunis, İspaniya və İtaliya da daxil olmaqla Aralıq dənizi bölgələrinin müxtəlif yerlərində yaşayır. Fransa, Almaniya, Belçika, Hollandiya və İsveçrəyə də sürətlə yayılan bu qarışqa növünün Manş boğazını keçərək Britaniyaya çatması an məsələsi hesab olunur.
Bu qarışqalar yolların altından tunellər qazır, elektrik kabellərini dişləyərək elektrik və internetin kəsilməsinə səbəb olurlar.
“Naftemporiki” qəzetində yayımlanan xəbərə görə, Böyük Britaniya Zərərvericilərlə Mübarizə Assosiasiyasının (BPCA) texniki direktoru Nayl Qallaqer deyib:
“Bu cür növlər həmişə təhlükə yaradır. Hər bir invaziv növdə olduğu kimi, T. magnum da burada məskunlaşsa, baş ağrısına çevrilə bilər. Onlar böyük “super koloniyalar” yaradır, yerli növlərin yerini tutur və hətta səkilərin altına girərək struktur problemlərinə səbəb ola bilirlər.”
Tapinoma magnum “yorulmaz şəkildə genişlənmək istəyi” sayəsində 60 hektar sahəni əhatə edən və 20 milyon qarışqadan ibarət olan super koloniyalar yaradır.
Əsasən müxtəlif bölgələrə gətirilən bitkilərlə yayılsa da, iqlim dəyişikliyi də bu qarışqaların daha əvvəl mümkün olmayan şimal bölgələrdə sağ qalmasına yardım edir.
Son illərdə Britaniya da daxil olmaqla Şimali Avropanın bəzi bölgələrində qışların daha isti, yayların isə daha uzun keçməsi bu növün koloniyalaşmasını digər invaziv növlərdə olduğu kimi daha mümkün edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya