Azərbaycandakı zəlzələ Ermənistan da hiss edilib

12 iyun 2026-cı il tarixində Azərbaycanda 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Sherg.az xəbər verir ki, məlumata görə, yeraltı təkanların episentri Azərbaycanın Şəki şəhərindən 52 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib və episentrdə 6–7 bal gücündə hiss olunub.

Təkanlar Ermənistanın Tavuş bölgəsində də hiss edilib. Xüsusilə Berd şəhəri və Çinari, Ayqedzor kəndlərində zəlzələnin gücü 2–3 bal arasında qiymətləndirilib.

Rəsmi qurumlar tərəfindən hələlik dağıntı və ya xəsarət barədə məlumat verilməyib.