Bakı sakini bankdan 5020 manatını ala bilmir
Məlahət Rzayeva
09:25 04.07.2020
Hadisə
695
Bəxtiyar Quliyev Mehriban Əliyevadan yardım istədi
Quliyev Bəxtiyar Muxtar oğlu Azərbaycanın birinci xanımı,
Azərbaycan Respublikasının birinci vitse-prezidenti
Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
- Hörmətli Mehriban xanım.
Mən, Quliyev Bəxtiyar Muxtar oğlu mənə ödənməli olan kompensasiyanı bir ildir ki, ala bilmirəm. 2012-ci il 21 iyun tarixində “Royal Bank”dan 24 ay müddətinə 26 faiz dərəcəsi ilə 6300 ABŞ dolları məbləğındə kredit götürmüşdüm. 2016-cı il 29 dekabr tarixində öhdəliyi yerinə yetirmişəm. Ödənilən faiz hesablanmaqla həmin banka 17 min 354 manat ödəmişəm. Mənə çatacaq kompensasiyanın məbləği əvvəlcə 5020, amma sonra 4900 manat hesablanıb. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ötən ilin fevralında vətəndaşların problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı və bununla da minlərlə vətəndaşa dəymiş ziyanın ödənilməsini təmin etdi. Lakin iş burasındadır ki, mənə qaytarılmalı olan kompensasiya hələ də ödənməyib. Nə 5020, nə də 4900 manatı qaytaran var. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişəm. Apelyasiya komissiyası işə baxıb. “RoyalBank” vətəndaşın banka heç bir borcunun olmadığına dair sənəd təqdim edib. Bu proses də 2 ay çəkib. Palata ləğv olunduqdan sonra kompensasiyaların ödənməsi Mərkəzi Banka həvalə edilib. Lakin mən Mərkəzi Bankdan hələ də qaneedici cavab ala bilmirəm. Hər dəfə bankdan “gözləyin” deyirlər. Amma nəyi gözləməliyəm, bunu deyən yoxdur. Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında “problemli kreditlər həll olunub” deyir, amma problemi həll olunmamış vətəndaşlar var hələ. Mən də onlardan biriyəm.
Hörmətli Mehriban xanım. Sizdən xahiş edirəm Prezident fərmanına əməl olunmasında və mənə çatacaq kompensasiyanın ödənməsində mənə yardım edəsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi