Bakıda 18 yaşlı oğlan qətlə yetirilib

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.

Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.