Bakıda çay evində insident: 61 yaşlı kişi çaydanla öldürüldü
08:53 18.10.2019
Hadisə
748
Bakının Binəqədi rayonunda çayxanada törədilən qətlin təfərrüatı məlum olub.
“Oktyabrın 17-də səhər saatlarında Faiq Rüstəmov küçəsi, Rəsulzadə qəsəbəsində 1958-ci il təvəllüdlü Sabir Ələkbərovun cəsədi tapılıb. İstintaq kişinin başından aldığı zərbələr nəticəsində beyin qanaxmasından öldüyünü müəyyənləşdirib”, - deyə Binəqədi Rayon Polis Şöbəsindən Oxu.Az-a bildirilib.
Binəqədi RPİ-nin əməliyyatçıları qətlin S.Ələkbərovun tapıldığı yerdən bir neçə metr məsafədə yerləşən çayxanada baş verdiyini müəyyənləşdirib.
Belə ki, kişi çayxanada 1997-ci il təvəllüdlü Cövdət Abbasov adlı dostu ilə çay və spirtli içki içib. Söhbət əsnasında tərəflər arasında yaranan münaqişə nəticəsində C.Abbasov stoldakı çayniki götürərək S. Ələkbərovun başına zərbələr endirib.
O, daha sonra hadisə yerindən qaçıb. Qurban çayxanadan çıxıb və bir neçə metr irəlilədikdən sonra huşunu itirib.
Mərhumun meyitini səhər aşkar etmək mümkün olub. Bu müddət ərzində qohumlarından heç kim onu axtarmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin səhlənkarlıq nəticəsində ölməsi) maddəsi ilə cinayət işi açılıb.
C.Abbasov tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya