Bakıda metronun yaxınlığında DƏHŞƏTLİ QƏTL

Bakıda dəhşətli qətl törədilib. 
Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. 
Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 
Hadisənin motivi hələlik məlum deyil. 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.