Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
Yusif Nəzərli
06:52 18.04.2024
Hadisə
380
Bakının Nəsimi rayonu ərazisində yerləşən sinaqoqda (Yəhudi ibadət evi) ravvindən (din xadimi) hər kəsin namaz qılmasını tələb edən şəxs saxlanılıb.
Sherg.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1994-cü ildə Bakı şəhərində doğulmuş, ali təhsilli Cabir Həsənov (ad-soyad şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, Cabir Nəsimi rayonu ərazisində yerləşən Sinaqoqa gedərək, ravvinlə söhbət edib və orada hər kəsin namaz qılmalı olduğunu bildirib.
Daha sonra Sinaqoqdan çıxaraq qışqırmağa başlayıb. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəyiblər və ictimai asayişi pozmaması barədə xəbərdarlıq ediblər.
Onu polis bölməsinə dəvət etsələr də, Cabir polisin qanuni tələblərinə əməl etməyərək, xidməti avtomobilə əyləşməkdən imtina edib. Bu səbəbdən zəruri tədbirlər görülərək avtomobilə əyləşdirilib və polis bölməsinə aparılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm