Bakıda sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başlayır
Yusif Nəzərli
05:38 11.01.2024
Hadisə
468
Xarici ölkə vətəndaşları Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hosseinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə baxışı hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı 17 yanvara təyin edilib.
Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hossein Azərbaycana əfsanə motiv altında gələrək, digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar. Həmin şəxslər 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, cinayət əməlləri ifşa olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə məsuliyyətə cəlb edilərək həbs ediliblər.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya