Balakən sakini ağacdan yıxılaraq ölüb

Balakən sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Kortala kəndində baş verib. Kortala kənd sakini, 1962-ci il təvəllüdlü Musa Məhəmmədiyə oğlu Abdulrəhmanov yaşadığı ünvanın həyətyanı sahəsində meyvə yığan zaman ehtiyatsızlıqdan ağacdan yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Musa Abdulrəhmanov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.