BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? - AÇIQLAMA
12:37 28.02.2020
Hadisə
597
Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib.
Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib.
Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar.
Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.
Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.
100 gündən çox vaxt keçsə də, faktla bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ hazır deyil.
Vəkilin sözlərinə görə, bu yolla məhkəmə tibbi ekspertləri nəinki cinayət-prosessual qanunvericiliyin tələblərini pozub, üstəlik üç dəfə, eyni zamanda istintaqın işini iflic edib, ən əsası isə zərərçəkmiş tərəfin hüquqlarını pozub.
“Onlar öz səriştəsizliklərini nümayiş etdirdilər. Biz bu vəziyyət barədə Səhiyyə Nazirliyinə, Vəkillər Kollegiyasına, Baş Prokurorluğa yazdıq. Bakı Şəhər Prokurorluğunun İstintaq Şöbəsinin müdiri Rəşad Mansurov bununla bağlı məni qəbul etdi. Bu aşkar qanun pozuntusudur, çünki kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ekspertiza ilə paralel olaraq həmçinin histoloji ekspertiza aparılır. Lakin hətta belə olan halda belə ekspertizaların aparılma müddəti bir ayı keçməməlidir”, - deyə T.Süleymanlı bildirib.
Vəkil qeyd edib ki, bu rezonans doğuran işdə məhkəmə tibbi ekspertləri işin şəxsən baş prokurorun nəzarətində olmasına baxmayaraq, kobud səhlənkarlığa yol veriblər.
“Qız nə xəstəlikdən, nə də virusdan ölməyib. Ölümün təbii səbəbləri yoxdur. Ekspertlər bizi əmin etdilər ki, Azərbaycanda bu növ tədqiqatın aparılması üçün bütün imkanlar mövcuddur. O zaman nəticələr hanı, niyə yoxdur? Hətta Ş.Xasmətovanın atası toxuma və qan nümunələrinin ekspertiza üçün Moskvaya göndərilməsini təklif etsə də, birlikdə buna razılıq verilməyib. Ekspertlər vaxtı uzadıb, başımızı aldadırlar. Onlar zərərçəkmiş tərəfdən nə gizlədirlər? Onların bütün fəaliyyətləri səhlənkarlıq etdiklərini göstərir və bu çox şübhəlidir”, - deyə vəkil bildirib.
Qeyd edək ki, ekspertizanın rəyi olmadan istintaq hadisə iştirakçılarının hərəkətlərinə lazımi qiymət verə bilməz. Ekspertiza aparıldığı müddətdə işlə bağlı araşdırma dayandırılır. Ş.Xasmətovanın ölüm işi ilə bağlı qeyri-müəyyən vəziyyət üç aydan çoxdur davam edir.
“Üç ay – müddətin üçqat pozulmasıdır. İstənilən tədqiqatçını bu cür işə görə rəhbərlik cəzalandırardı. Niyə heç kim ekspertlərdən soruşmur?”, - deyə T. Süleymanlı haqlı olaraq sualla çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi