Binəqədi polisi narkotacirləri saxladı, xaricdəki ana-balanın tutulması üçün hərəkətə keçdi - FOTO/VİDEO
Yusif Nəzərli
10:45 23.09.2022
Hadisə
447
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı üç kiloqram heroin aşkar olunaraq götürülüb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman üç kiloqramdan artıq heroin aşkar edilib.
Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya