Cəhənnəm həyatı yaşadı: 6 ay arvadını zəncirlə dama bağladı
02:20 19.05.2021
Hadisə
630
Oktay Gülər adlı şəxsin həyat yoldaşına dəhşətli işgəncələr verməsi faktı aşkarlanıb.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri zamanı məlum olub ki, Oktay Gülər adlı şəxs altı aydır ki, dini kəbinlə ailə həyatı qurduğu həyat yoldaşına işgəncələr yaşadıb. İlk ailə həyatı qurduqları gündən E.A.-nın həyat yoldaşı ona dəfələrlə işgəncələr verib. Ancaq Oktay ona qarşı səsləndirilən ittihamları rədd edib.
O, ifadəsində son döyülmə hadisəsində spirtli içki qəbul etdiyini və heç nə xatırlamadığını söyləyib. Qadın isə ifadəsində bildirib ki, sonuncu dəfə siqaret qutusunun əskik olması səbəbindən mayın 16-sı tarixində kəmərlə bərk döyülüb.
O qeyd edib ki, onun qaçmağı da möcüzə olub: "Oktay heyvanlarına yem vermək üçün çölə çıxdı. Ancaq ayaqlarımı zəncirləməyi unutdu. Bu fürsətdən istifadə edərək pəncərədən qaçdım. Bu vaxt qonşum ilə qarşılaşdım və ondan kömək istədim".
Qonşusunun evinə sığınan E.A. atasını köməyə çağırdığını deyib: "Atamdan məni qurtarmasını istədim. Dərhal bu barədə təhlükəsizlik orqanlarına məlumat verildi və Oktay Güler polislər tərəfindən nəzarətə alındı".
E.A.-ya sistemli şəkildə işgəncəyə məruz qaldığını söyləyib: "Evdən qaçmamağım üçün zəncirin bir ucunu ayağına bağlayırdı. Onunla qoşulub ailə həyatı qurduqdan sonra məni təhdid və təhqir etməyə başladı. Ona heç cür müqavimət göstərə bilmirdim. İşgəncələrini günbəgün sistematik hala gətirirdi".
E.A-nın vəkili isə açıqlamasında bildirib ki, müvəkkilinin evinə getdiklərində onun ağır döyüldüyü açıq-aşkar bilinib:
"Üzü, gözləri və bədəni zədəli idi. Boğazı sıxıldığı üçün yemək yeyə bilmirdi. Qollarında və belində çox sıx qançırlar var idi. Ayağında zəncir izləri var idi. Onu bu cür görəndə dəhşətə gəldik.
O.Gülər isə təhdid, təhqir, böhtan və təcavüzü inkar edib.
O bildirib ki, həyat yoldaşıyla zamanla mübahisələri olub: "Gündəlik işlər üzündən mənə yalan danışdığına görə zaman-zaman mübahisə etdiyim doğrudur. Ancaq bunlar namus və qısqanclıqla əlaqəli deyil. E.A-nı heç zaman təhdid, təhqir etməmişəm və döyməmişəm. Deyilənlərin hamısı yalandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi