DİN Sumqayıtda vətəndaşın ölüm faktına aydınlıq gətirib
16:20 17.06.2024
Hadisə
383
Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.
Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub.
Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır.
Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya