Əcnəbi dünyaya kəşflərlə çıxır, biz hələ müəllim-şagird davasında... 

Ötənlərdə Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma başladılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib. O bildirib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Məsələ ilə bağlı "Sherg.az "a danışan sosioloq Lalə Mehralı diqqətə çatdırıb ki, cəmiyyət bu mövzuda iki qrupa bölünür.

"Bəziləri bildirir ki, müəllim şagirdi oxumağı üçün döyə bilər, əksər insan isə müəllimin şagirdi vurmasına qarşıdır. Kurikulum sistemində də bu öz əksini tapır.Müəllim şagirdi vura və ya təqir edə bilməz.Belə cıxır bunu edən müəllimlər yeni sistemdən xəbərsizdirlər. Müəllim şagirdə zorakılıq tətbiq edə bilməz. 

Düzdür, bəzən şagird müəllimi elə bir həddə çatdırır ki, o, bunun qarşısını almağa məcbur qalır. Bəzən səbəbi bir sinifdə həddinən çox şagirdin olması ilə izah edirlər.

Onların 45 dəqiqə ərzində idarə edilməsi,dərsləri ilə, məşğul olması müəllimdən asılıdır. 

Bu da göründüyü qədər asan deyil. Müəllim peşəsini seçən hər bir insan daha səbirli, daha duyarlı və öz emosialarına qalib gəlməyi bacarmalıdır. 

Bu, biraz da valideynlərdən asılı bir işdir, müəllimlə bərabər onlar da uşaqların təlimi, tərbiyəsi ilə məşğul olmalıdılar, bu məsuliyyəti tək müəllimə yükləyə bilmərik".