
Ekspertdən xəbərdarlıq: İş yerləri işçilərə fərdi mühafizə vasitələri təsis etməyə məcburdur
09:40 14.05.2025
Hadisə
474
Qubada iki nəfəri elektrik cərəyanı vurub.
Lent.az xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib.
Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, iş yerlərində, istehsalatda, xidmət sahələrində, və bütün təyinatlı obyektlərdə işlərin görülməsi tam təhlükəsiz həyata keçirilməlidir:

“Yəni işi görən zaman orada çalışan insanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmalı deyil. İşlərin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik, əməyin mühafizəsi, sanitar normalara, yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə bu proseslər həyata keçirilməlidir ki, hər hansı bir bədbəxt hadisə baş vermə riski olmasın. Bütün təhlükəli risklərə qarşı önləyici tədbirlər görülməli, daha sonra o işlərin həyata keçirilməsi təmin edilməlidir. Həmçinin insanlar gördüyü işin spesifikasına uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. Həmçinin işçilər də diqqətli olmalı, iş yerində fərdi mühafizə vasitələrindən istifadə etməyi özlərinə borc bilmədilər. Yəni ki, bunlar mütləqdir. Çünki insan həyatından qiymətli heç nə ola bilməz. Ümumiyyətlə iş yerləri işçilərə fərdi mühafizə vasitələri təsis etməyə məcburdurlar. İşçilər həyat və sağlamlığı üçün hər hansı bir problem, təhlükə görürsə, o işi görməkdən imtina etməlidir. Buna görə heç bir cəza sanksiyası nəzərdə tutulmayıb. Tam təhlükəsiz bir şəraitdə bu işlər həyata keçirilməlidir. Ani bir diqqətsizlik, məsuliyyətsizlik bədbəxt hadisələrə gətirib çıxarır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm