Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 
Qeyd edək ki, O, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru idi.