Ermənistan parlamentində kütləvi dava...
12:04 24.08.2021
Hadisə
491
Ermənistan parlamentinin spikeri Alen Simonyan mühafizəçilərə “Mənim qürurum var” blokunun üzvü Anna Mkrtçyanı konfrans zalından çıxarmağı tapşırıb.
Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
Hər şey Mkrtçyanın Nikol Paşinyana verdiyi sualla başlayıb. Çıxışı zamanı o, baş nazirə müraciət etmədən onun bütün səhvlərini sadalamağa başlayıb. O, həmçinin Paşinyanın konfrans otağına çoxlu mühafizəçi ilə gəldiyinə də diqqət çəkib.
Bunun ardınca “Vətəndaş sazişi” deputatlarının səs-küyləri başlayıb, Mkrtçyan cavab olaraq onları “kapitulyatorun tərəfdarları” adlandırıb. Buna cavab olaraq, Alen Simonyan əvvəlcə onun mikrofonunu söndürüb və növbəti hay-küyündən sonra Mkrtçyanı zaldan tamamilə çıxmağa çağırıb.
Deputat bundan imtina edəndə Simonyan mühafizəçiləri köməyə çağırıb. “Ermənistan” və “Mənim şərəfim var” bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Sonda Simonyan 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıb.
Bundan sonra parlamentdə bir qrup deputatla təhlükəsizlik xidməti arasında dava düşüb. Bəzi millət vəkillərinin “Xain Nikol” qışqırıqları binanı bürüyüb.
Daha sonra müxalif millət vəkilləri bildiriblər ki, Artsvik Minasyanın paltarları cırılıb və Anna Mkrtçyan zorla zaldan çıxarılıb.
Qeyd edilir ki, parlamentdə hökumətin 5 illik proqramı müzakirə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq