Evdə meyiti tapılmışdı! Şok edən detal kameraya düşdü
10:26 19.05.2025
Hadisə
433
Türkiyənin Muğla bölgəsinin Fethiye rayonunda 25 yaşlı İbrahim Solak evində odlu silahla vurulmuş halda ölü tapılıb. Evdəki təhlükəsizlik kamerası görüntülərini incələyən polis, hadisəyə dair şok bir həqiqəti ortaya çıxarıb.
Sherg.az xəbər verir ki, hadisə ötən gecə Fethiye rayonunun Esenköy məhəlləsində baş verib. Daxil olan məlumat üzərinə təxirəsalınmaz tibbi yardım və polis əməkdaşları hadisə yerinə göndərilib. Evə daxil olan polis əməkdaşları, İbrahim Solakı qan içində və hərəkətsiz vəziyyətdə tapıb. Sağlamlıq qruplarının nəzarətində onun həyatını itirdiyi təsdiqlənib.
Silahla vurularaq öldürüldüyü müəyyən edilən Solakın cəsədi, polis və prokurorun hadisə yerindəki araşdırmalarından sonra Muğla Ədliyyə Tibb İdarəsinin morquna aparılıb.
Polis, İbrahim Solakın ev yoldaşını saxlayıb. Evdəki təhlükəsizlik kamerasının görüntülərini incələyən polis, hadisə günü 3 nəfərin bağ divarından atlayaraq evə daxil olduğunu aşkarlayıb. Bu görüntülər Solakın ev yoldaşına göstərilib. Ev yoldaşı, həmin gün İbrahim Solakın ofisiant işlədiyi oteldə olduğunu bildirib və ifadəsinin ardından sərbəst buraxılıb.
Polis, təhlükəsizlik kamerasından şəxsiyyətləri müəyyən edilən 3 şübhəlini Manisada yaxalayaraq nəzarətə alıb. Bu şəxslərin öldürülən İbrahim Solakın sevgilisinin dostları olduqları bildirilib.
Bundan əlavə, əslən Denizlidən olan və motosiklet ustası kimi çalışan İbrahim Solakın daha sonra oteldə işləmək məqsədilə Fethiyəyə köçdüyü məlum olub.
İbrahim Solakın silahla qətlə yetirilməsinə dair aparılan istintaq çərçivəsində bir nəfər də saxlanılıb. Beləliklə, gözaltına alınanların sayı 4-ə yüksəlib.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm