Göyçayda quldurluq edən maskalı şəxslər saxlanılıb
Yusif Nəzərli
06:20 25.06.2024
Hadisə
307
Göyçay rayonunda quldurluq hadisəsi törədilib. Zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər.
Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.
Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm