Goyçayda zəncirvari qəzada 4 nəfər xəsarət alıb

Göyçay rayonunda üç minik avtomobili toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün rayon mərkəzində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.