Gürcüstanda azərbaycanlılar yolu bağladı, sakinlər aksiya keçiriblər
14:09 30.06.2019
Hadisə
734
Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Kənd sakini Cəfər Rafiqoğlu “Report”a bildirib ki, bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb:
“Magistral avtomobil yolundan kəndə qədər yol 100 ilə yaxın mövcud olub. Dəmir hasarlardan sonra kəndin magistral yolla əlaqəsi kəsilib. Magistral yolda piyada keçidi qoyulmayıb. Çanqilari kəndində 80-ə yaxın ailə yaşayır. Sakinlərin kəndə gediş-gəlişi olduqca çətinləşib. Yol bağlandığından şosseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. Avtobus və marşrut taksilər də kənd yaxınlığında saxlamırlar”.
Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun açılmasını tələb edirlər.
Şida Kartli bölgəsinin qubernator müavini Simon Quledani Çanqilari kənd sakinləri ilə görüşüb. O, sakinləri narahat edən məsələnin Yollar Departamenti ilə müzakirə olunacağı və bir həftə ərzində cavabın veriləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya