Gürcüstanda cinayətkarlıq artıb
09:36 30.06.2019
Hadisə
1091
Gürcüstanda cari ilin yanvar-may aylarında qeydə alınmış cinayətlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artaraq 28 min 300 min fakt təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş materialda məlumat verilir.
Məlumata görə, bu cinayətlərin yalnız 29,6 faizinin üstü açılıb. Cinayətlər sırasında oğurluq birinci yerdədir. Hesabat dövründə ölkədə 9263 oğurluq faktı qeydə alınıb ki, bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 24,1 faiz çoxdur. İkinci yerdə ailə zorakılığı hallarıdır, hesabat dövründə 3278 belə fakt qeydə alınıb (2018-ci ilin ilk 5 ayı ilə müqayisədə 12,1 faiz artım). Narkotiklərlə əlaqədar cinayətlərin sayı da 36,6 faiz artaraq 2341 fakt olub. Hesabat dövründə nəqliyyat vasitələri ilə əlaqədar qeydə alınmış cinayətlərin sayı keçən ilin eyni dövrü ilə əlaqədar 1,9 faiz azalaraq 483 fakt təşkil edib. Siyahıda ilk beşliyi özünü öldürmə halına gətirib çıxarma ilə bağlı cinayətlər tamamlayır. Hesabat dövründə 993 özünü öldürmə hallarına çatdırma cinayət faktı qeydə alınıb, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.
Bundan başqa, hesabat dövründə səlahiyyət həddini aşmağa görə 127, rüşvətxorluğa görə 36, vəzifə səhlənkarlığına görə 28 və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 38 cinayət faktı qeydə alınıb. Cari ilin ilk beş ayında kompüter cinayətlərinin sayı 177,7 faiz, istehsalat fəaliyyəti qaydalarının pozulması ilə bağlı cinayətlərin sayı 83,3 faiz, təhlükələrin sayı isə 45 faiz artıb.
Baş Nazir Mamuka Baxtadze deyib ki, Gürcüstanda cinayətlərin sayı artmayıb.
Onun sözlərinə görə, 2012-ci ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası hakimiyyətə gələndən sonra cinayətlərin qeydiyyatı prosesi yaxşılaşıb. Qeydiyyat daha dəqiq, şəffaf və konkret aparılır: “Bu məsələdə də Gürcüstan beynəlxalq standartlara yaxınlaşır”, - deyə Baş Nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə